"Formula 2" sürücüləri Bakıda qəza törədiblər



Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində qəzalar olub.
Crossmedia.az-ın məlumatına görə, bəzi pilotlar sprint yarışının startında uğursuzluqla üzləşiblər.
"MP Motorsport" komandasından Oliver Goethe, "Van Amersfoort Racing"dən Rafael Villaqomez mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
14:29 20.09.2025
Oxunuş sayı: 921