Premyer Liqa: "İmişli" "Karvan-Yevlax"a qalib gəlib

Misli Premyer Liqasında V turun açılış oyununda "İmişli" səfərdə "Karvan-Yevlax"la qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş
tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.
Qolları Dioqo Almeyda (12), Edvin Banquera (15) və Azər
Salahlı (80) vurublar.
"İmişli" qələbə sayəsində xallarını 7-yə çatdırıb.
"Karvan-Yevlax"ın isə 4 xalı var.
Qeyd edək ki, günün növbəti matçı saat 18:30-da "Zirə"
və "Şamaxı" komandaları arasında keçiriləcək.
20:20 19.09.2025
Oxunuş sayı: 1030