Gəncədə üzgüçülük üzrə "ASF Ganja Cup 2025" turniri start götürür

III MDB Oyunları ərəfəsində Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında "ASF Ganja Cup 2025" turniri keçirilir.
Crossmedia.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, eyni zamanda "Bakı Şəhər Halqası Əməliyyat" Şirkətinin dəstəyi ilə keçirilən yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.
Qeyd edək ki, bu gün ilk yarışlar 16:30-da, sabah isə 09:30-da başlayacaq.(Report)
15:04 13.09.2025
Oxunuş sayı: 634