Azərbaycanın U-15 millisi Monteneqro ilə iki yoxlama oyunu keçirəcək

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Crossmedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçlar yığmanın Bakıdakı hazırlıq prosesi ərəfəsində baş tutacaq.
Qarşılaşmaların sentyabrın 16-da və 18-də Binə stadionunda təşkili nəzərdə tutulur. Hər iki oyun saat 16:00-da start götürəcək.
14:38 13.09.2025
Oxunuş sayı: 706