Abşeron dairəvi dəmir yolu marşrutu üzrə reyslərin sayı artırılır

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar sentyabrın 15-dən yenilənmiş hərəkət cədvəli ilə hərəkət edəcək.
Crossmedia.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir
Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov
deyib.
Onun
sözlərinə görə, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi
marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq: "Belə ki,
Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan
40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.
Bakı–Xırdalan
və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı qeyri-iş günləri isə 16-dan 22-yə
çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək".
O
qeyd edib ki, bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır:
"Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan–Bakı xətti üzrə
əlavə reyslərin təşkil olunması sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini
asanlaşdıracaq. Eyni zamanda, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin
artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.
Ümumilikdə
bu dəyişikliklərin sərnişin daşımalarında 10 %-lik artıma səbəb olacağı gözlənilir".
17:35 12.09.2025
Oxunuş sayı: 1091