Rusiyada miqrantlarla bağlı yeni qərar

Ölkədə qanunsuz yaşayan miqrantların statuslarını leqallaşdırmaları üçün nəzərdə tutulan müddət başa çatıb.
Crossmedia.az Rusiya Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, sentyabrın 11-dən etibarən leqal status almayan əcnəbilərə qarşı ölkədən çıxarılma və hüquqların məhdudlaşdırılması tədbirləri görüləcək. Onların ölkəyə girişinə qadağa qoyulacaq və məlumatları xüsusi nəzarət reyestrinə daxil ediləcək.
Mütəxəssislər hesab edirlər ki, bu addımların əsas məqsədi daha çox miqrantı Ukrayna ərazisindəki hərbi əməliyyatlara cəlb etməkdir. Qanunsuz yaşayan şəxslərə ya hərbi xidmət müqaviləsi imzalamaq, ya da deportasiya olunmaq seçimi təklif ediləcək.
11:53 10.09.2025
Oxunuş sayı: 886