Misir HƏMAS rəhbərliyini qorumağa çalışıb, amma hücum sürpriz olub

Misir hakimiyyət orqanları Fələstin hərəkatı HƏMAS rəhbərliyini mümkün sui-qəsdlərdən qorumaq üçün cəhdlər göstərib.
Bu barədə "Al-Akhbar" qəzeti mənbələrə istinadla yazır.
Crossmedia.az bildirir ki, son iki həftə ərzində Qahirə Qətərlə birlikdə HƏMAS liderləri ilə təhlükəsizlik məsələlərini müzakirə edib və onları Qəzza zolağından kənarda, əsasən Livan və Türkiyədə real təhlükənin mövcudluğu barədə xəbərdar edib. Lakin bütün bu səylərə baxmayaraq, Qətərdə baş verən zərbə bütün tərəflər üçün gözlənilməz olub.
Mənbələrin sözlərinə görə, əməliyyat o qədər sürətli həyata keçirilib ki, ABŞ rəsmiləri Dohanı hücumdan yalnız on dəqiqə sonra məlumatlandırıb.
11:40 10.09.2025
Oxunuş sayı: 779