Müharibə iqtisadiyyatı Rusiyaya zərbə vurur: Büdcə kəsiri artır

Rusiyanın neft və qaz gəlirləri ilin əvvəlindən 20% azalıb, ÜDM artımı isə təxminən üç dəfə zəifləyib. Büdcə kəsiri planlaşdırılan 0,5% ÜDM əvəzinə 4,9 trilyon rubl təşkil edib. Bu səbəbdən Maliyyə Nazirliyi hərbi sahədən kənar xərclərin – infrastruktur, subsidiyalar və sosial proqramların ixtisarını müzakirə edir.
Crossmedia.az bildirir ki, ekspertlər işçi qüvvəsi çatışmazlığı, kömür sənayesində geriləmə və rublun möhkəmlənməsinin büdcə kəsirinin ödənilməsini çətinləşdirdiyini qeyd edirlər. Hətta atəşkəs əldə olunsa belə, hərbi texnikanın bərpasına çəkiləcək xərclər yüksək qalacaq və bu da iqtisadi geriləmə riskini artırır.
18:44 08.09.2025
Oxunuş sayı: 974