Avropada Krım təşkilatlarının Assambleyası yaradıldı

Avropada Krım təşkilatlarının Assambleyası (AKO) təsis olunub. Onun əsas məqsədlərindən biri Krım tatar xalqının maraqlarını milli parlamentlərdə müdafiə etməkdir.
Crossmedia.az bildirir ki, 6 sentyabrda Nürnberq şəhərində keçirilən təsis qurultayında Assambleyaya Almaniya, Belçika, Polşa və Estoniyadan yeddi qurum, icmalar və müstəqil fəallar daxil olublar. Qurultayda Krım tatar fəalı Elvis Çolpux prezident seçilib. Assambleyanın simvolu kimi Krım tatar mədəniyyətinə aid qızılı lalə təsviri olan qırmızı bayraq qəbul olunub.
Qurultayda çıxış edən milli hərəkat veteranı Zevcet Kurtumerov Krım tatarlarının Avropada birləşməsini “yalnız keçmiş qarşısında borc deyil, həm də gələcək qarşısında məsuliyyət” adlandırıb. Assambleya beynəlxalq arenada Krım tatar xalqının səsi olmağı, xüsusilə də Rusiya tərəfindən ilhaq edilmiş Krımda tatarlara qarşı davam edən repressiyalar fonunda onların hüquqlarını müdafiə etməyi qarşısına məqsəd qoyur.
Mehriban
18:27 08.09.2025
Oxunuş sayı: 882