Həkimdən xəbərdarlıq: Moyonezdən hazırlanan qidalar...

Xüsusən yay aylarında kütləvi zəhərlənmələ faktları qeydə alınır. İstər ev şəraitində istərsə də istirahət mərkəzlərində. 5 sentyabr səhər saatlarında Astarada da kütləvi zəhərlənmə faktı qeydə alınıb. Belə ki, 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Bu zəhərlənmələrin əsas səbəbi nələrdir? İnsanlar qidalanarkən nələrə xüsusi diqqət yetirməlidir?
Mövzu ilə bağlı həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib:
"Ümumiyyətlə, yay aylarında təhlükəli vəziyyətlərdən biri də qida zəhərlənmələridir. Yayda havalar kifayət qədər isti olduğundan zəhərlənmələri halları da tez-tez baş verir. Xüsusən konservləşdirilmiş məhsullar, hisə verilmiş yağ məmulatlarından istifadə zamanı yaranan infeksiyalar bu kimi hallara gətirib çıxarır. Bu "boturizm" infeksiyası adlanır. Bu infeksiyaya yoluxan xəstələrdə sudan qorxma, işığa qarşı həssaslıq, disfadiya kimi hallar müşahidə edilir. Ona görə insanlar yay aylarında qidalara xüsusi diqqət etməlidirlər. Adi mayonezdən hazırlanan qidalar bir neçə gün qaldıqda zəhərlənmə verə bilir. Bu baxımdan qidaların vaxtlarına, tezliyinə diqqət yetirmək lazımdır".
Ayhan
17:43 06.09.2025
Oxunuş sayı: 1148