Kreml Əliyev-Putin görüşü ilə bağlı açıqlama verib

Kreml, Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşünün mümkünlüyü ilə bağlı şərh verməkdən çəkinib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “hazırda ikitərəfli görüşlərin qrafiki formalaşdırılır və bu, Çin tərəfi tərəfindən hazırlanmış tədbirlər proqramı ilə uzlaşdırılmalıdır. Qrafik yekunlaşdırıldıqdan sonra biz bunu açıqlayacağıq”.
Nicat Rüstəmzadə
17:36 27.08.2025
Oxunuş sayı: 977