Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib



Avqustun 27-də yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə köçürülən 370 nəfərdən ibarət 104 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
14:02 27.08.2025
Oxunuş sayı: 913