Azərbaycanın media nümayəndələri NATO-nun Baş qərargahında olublar

Azərbaycanın bir qrup media nümayəndəsi NATO-nun Baş qərargahında olublar.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında daimi nümayəndəliyi "X" hesabında məlumat yayıb.
"Builki səfər xüsusilə rəmzi xarakter daşıyır, çünki Azərbaycan milli mətbuatının 150 illiyidir. Bu səfərin təşkilinə və dəstəyinə görə NATO-ya və onun İctimai Diplomatiya İdarəsinə minnətdarlığımızı bildiririk".
Qeyd edək ki, qrupda "Trend" BİA-da İngilisdilli Xəbərlər Xidmətinin müdiri Maryana Əhmədova da yer alıb.
13:20 27.08.2025
Oxunuş sayı: 654