Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbirləri təşkil edib





Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər keçirilib.
Crossmedia.az xəbər verir ki, şənliklərdə torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin
övladları, eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə
alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyac duyan uşaqlar
iştirak ediblər.
İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar
onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyunlara, ustad dərslərinə
qatılıb, rəqslərə qoşulublar.
Uşaqlar həm də hovuzda doyunca əylənib, müxtəlif oyunlarda,
o cümlədən köpük şouda iştirak ediblər.
Günboyu davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar
süfrəsi də təşkil olunub.
Ad günləri bugünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl
günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.
Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq
hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
18:25 26.08.2025
Oxunuş sayı: 1219