Birinci vitse-prezident ailə üzvləri tərəfindən təbrik edilib

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Crossmedia.az xəbər verir ki, əlamətdar gün münasibətilə Mehriban xanım Əliyevanın ünvanına çoxsaylı təbriklər daxil olub.
Təbrik göndərənlər arasında birinci xanımın ailə üzvləri – qızları Leyla və Arzu Əliyevalar, həmçinin gəlini Alyona Əliyeva da var. Onlar Mehriban xanıma bu xüsusi gündə sağlamlıq, xoşbəxtlik və sevinc dolu uzun ömür arzulayıblar.
Təbrikdə deyilir:
"Mehriban xanım, bu əlamətdar gündə Sizə daim xoşbəxtlik, sevinc və firavanlıq arzulayırıq. Ad gününüz mübarək!" - deyə qeyd edilib.
10:39 26.08.2025
Oxunuş sayı: 829