Ərdoğan Zəngəzur dəhlizi barədə danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qars-İğdır-Aralıq-Dilucu” dəmir yolu xəttinin (Zəngəzur dəhlizi) təməli ilə bağlı müraciət ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, o bildirib ki, dəmir yolu xəttinin açılışı Şərqi və Cənub-Şərqi Anadoluda istehsalı və ixracatı artıracaq, nəqliyyat infrastrukturunu yaxşılaşdıracaq və Aralıq dənizinin turizm potensialını genişləndirəcək.
“Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmir yolu şəbəkəsinin genişlənməsi regional ticarətə son dərəcə müsbət təsir göstərəcək. “Qars-İğdır-Aralıq-Dilucu” dəmir yolu xətti həm ölkəmiz, həm də regionumuz üçün böyük əhəmiyyət daşıyır”, - deyə Ərdoğan qeyd edib.
16:17 25.08.2025
Oxunuş sayı: 1478