Tələbələr NASA-nın məlumatları əsasında yeni layihələr hazırlayacaqlar
NASA-nın açıq kosmik məlumatlarından istifadə etməklə layihələr hazırlamaq istəyən iştirakçılar noyabrın 14-15-də keçiriləcək “NASA Space Apps Challenge” tədbirində bir araya gələcəklər.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, bu il “The Next Frontier” (“Növbəti sərhəd”) mövzusuna həsr olunan tədbirdə müxtəlif sahələrdən olan iştirakçılar NASA və tərəfdaş kosmik agentliklərin təqdim etdiyi açıq məlumatlar əsasında layihələr hazırlayacaqlar.
Antalyada Beynəlxalq Kosmik Federasiyanın təşkilatçılığı, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası, Türkiyə Kosmik Agentliyi və SAHA İstanbulun ev sahibliyi ilə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində (IAC 2026) kosmik sahədə görülən işlər və gənclərin bu sektora cəlb olunması diqqət mərkəzində olub.
Türkiyədə tədbirin yerli təşkilatçılığında iştirak edən universitet tələbələri gəncləri kosmik tədqiqatlara cəlb etmək və müxtəlif ixtisas sahələrindən olan insanları bir araya gətirmək üçün fəaliyyətlərini davam etdirirlər.
07:30 10.10.2026
Oxunuş sayı: 49