DİM: IV qrupda 600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə daxil ola bilməyib

Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur.
Crossamedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi
məlumat yayıb.
Qeyd olunub ki, ixtisas seçimindən öncə müsabiqə vəziyyəti təhlil
olunarkən xüsusilə IV ixtisas qrupunda tibb ixtisasını seçmək istəyən
abituriyentlərə öz istəkləri ilə yanaşı, müsabiqə vəziyyətinin reallıqlarının nəzərə
alınması tövsiyə olunub:
"Lakin bəzən abituriyentlər yenə də məhdud sayda
ixtisas seçirlər. Məsələn bu qrupda 10 abituriyent 600-dən yuxarı bal toplasa
da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən
keçməyiblər. Həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul
olunublar və keçid balı yüksək olub".
23:28 22.08.2025
Oxunuş sayı: 1497