Qadın futbolu tarixinin ən bahalı transferi reallaşıb

Meksikanın qadınlardan ibarət millisinin futbolçusu Lizbet Ovalle rekord məbləğ qarşılığında ölkəsinin "Tiqres" klubundan Amerika təmsilçisi "Orlando Prayd"a transfer olunub.
Crossmedia.az
xəbər verir ki, keçidin məbləği 1,5 milyon dollar təşkil edib və bu, qadın
futbolu tarixində ən bahalı transfer olub.
Əvvəlki
rekord iyul ayında kanadalı Oliviya Smitin “Liverpul”dan “Arsenal” (hər ikisi
İngiltərə) klubuna 1,3 milyon dollara keçməsi ilə qeydə alınıb.
07:30 22.08.2025
Oxunuş sayı: 953