Paşinyanın həyat yoldaşı 3,4 milyon dollar mənimsəmədə ittiham olunur

Ermənistanda uşaq onkologiyası ilə məşğul olan “City of Smile” xeyriyyə fondunda 3,4 milyon dollar dəyərində ianələrin mənimsənilməsi qalmaqala səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Fond 2018–2020-ci illərdə Ermənistan Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tərəfindən idarə olunub. 2020-ci ildə fonda Bəqrat Qalstanyan başçılıq etməyə başlayıb, lakin Akopyan hələ də fondun idarə olunmasında böyük təsirə malik olub.
2025-ci ilin iyun ayında aparılan audit zamanı fondun büdcəsindən 3,4 milyon dolların Anna Akopyanla əlaqəli “bir günlük şirkətlər” vasitəsilə çıxarılması aşkar edilib. Bu səbəbdən yüzlərlə xəstə uşaq lazımi tibbi yardımdan məhrum olub.
Qeyd olunur ki, iyunun 25-də, fonddakı bu qalmaqalla bağlı mətbuat konfransından bir gün əvvəl, Bəqrat Qalstanyan “baş qaldırmağa hazırlaşmaq” ittihamı ilə həbs edilib. Qalstanyanın vəkili isə iddiaları əsassız sayır və həbsin onun aşkar etdiyi korrupsiya faktlarına görə qisas xarakterli olduğunu bildirir.
Xumar Emilqızı
11:53 19.08.2025
Oxunuş sayı: 715