1 gündə 84 nəfər tutulub
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər tutulub.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən gün borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının oktyabrın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
15:08 10.10.2026
Oxunuş sayı: 51