ABŞ və Avropadan dron hücumlarına qarşı yeni texnologiya
Avropa İttifaqı və ABŞ pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üçün “SwarmShot” adlı təkrar istifadə oluna bilən dron-tutucular hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Bildirilib ki, yeni sistemin əsas xüsusiyyəti dronların hədəfə hücum zamanı partlamamasıdır. Onlar havadakı pilotsuz uçuş aparatlarını xüsusi qırma yükləri vasitəsilə sıradan çıxardıqdan sonra bazaya geri qayıda bilirlər.
Layihənin tərtibatçısı olan CSG şirkətinin məlumatına görə, bu texnologiya hava hücumundan müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verə bilər.
Sistemin fəaliyyətində süni intellekt mühüm rol oynayacaq. Belə ki, dron-tutucular koordinasiyalı şəkildə hərəkət edərək təhlükələri müstəqil aşkarlaya və çoxsaylı pilotsuz uçuş aparatlarının eyni vaxtda həyata keçirdiyi hücumların qarşısını ala biləcəklər.
Layihənin ilkin mərhələsində sistemin “Gremlin-X” pilotsuz uçuş aparatına inteqrasiyası nəzərdə tutulur. Daha sonra texnologiyanın digər uyğun dronlarda da tətbiqi planlaşdırılır.
Qeyd edək ki, “SwarmShot” layihəsi CSG qrupuna daxil olan “Federal Ammunition”, eləcə də ABŞ-ın “Mossberg” və “Palladyne AI” şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində hazırlanır.
14:58 10.10.2026
Oxunuş sayı: 91