ABŞ-da arxeoloqlar yeddi tabut aşkarladılar
ABŞ-nin Şimali Dakota ştatında qubernatorun iqamətgahı yaxınlığında aparılan tikinti işləri zamanı yeddi tabutda insan qalıqları aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin “People” jurnalı bu barədə məlumat yayıb.
Ştatın İdarəetmə və Büdcə İdarəsinin açıqlamasına görə, arxeoloqlar ərazidə 80-dən çox diqqətçəkən məkan müəyyən ediblər. Araşdırmalar zamanı içərisində insan qalıqları olan yeddi tabut, həmçinin içi boş və təyinatı hələ müəyyənləşdirilməyən taxta qutu aşkarlanıb.
İlkin araşdırmalar nəticəsində qalıqların iki qadına, iki kişiyə, iki yeniyetmə oğlana və bir azyaşlı uşağa aid olduğu müəyyən edilib.
Qalıqların kimə məxsus olduğu və onların hansı dövrə aid edildiyi barədə əlavə məlumat verilməyib.
15:53 10.10.2026
Oxunuş sayı: 59