Avropa ölkəsi Türkiyəyə minnətdarlığını bildirdi
Latviya müdafiə naziri Rayvis Melnis ölkəsinin hava məkanının təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəyə görə Türkiyəyə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə məlumat yayıb.
Latviya Müdafiə Nazirliyinin açıqlamasına görə, Melnis ölkənin Lielvarde hərbi bazasında Latviya Milli Silahlı Qüvvələrinin nümayəndələri ilə yanaşı, Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə də görüşüb.
Nazir Latviya hava məkanının təhlükəsizliyinin gücləndirilməsinə verdiyi mühüm töhfəyə, həssas yanaşmasına və operativ fəaliyyətinə görə Türkiyəyə minnətdarlığını bildirib.
Melnis qeyd edib ki, Türkiyəyə məxsus döyüş təyyarələrinin Lielvarde bazasında yerləşdirilməsi NATO-nun çevik reaksiya vermək və qüvvələrini ehtiyac duyulan bölgələrə səmərəli şəkildə yönəltmək imkanlarını nümayiş etdirir.
O, müttəfiqlər arasında sıx əməkdaşlığın, qarşılıqlı etimadın və birgə fəaliyyət qətiyyətinin Latviya və NATO-nun şərq cinahının təhlükəsizliyi üçün əsas şərtlər olduğunu vurğulayıb.
14:14 10.10.2026
Oxunuş sayı: 75