Panamada güclü zəlzələ: Yollarda iri çatlar yaranıb
Panamanın cənubunda baş verən güclü zəlzələlər nəticəsində binalara və yol infrastrukturuna ciddi ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölkədə 7,7 və 6,6 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar nəticəsində bəzi binalar dağılıb, avtomobil yollarında iri çatlar əmələ gəlib və ayrı-ayrı yol hissələri çöküb.
Son rəsmi məlumatlara əsasən, təbii fəlakət nəticəsində azı 27 nəfər yüngül xəsarət alıb, 400-dən çox tikiliyə ziyan dəyib. Ölüm faktı qeydə alınmayıb.
Zəlzələdən sonra bölgədə çoxsaylı afterşoklar qeydə alınıb.
15:31 10.10.2026
Oxunuş sayı: 158