Pezeşkian regional diplomatiyanın əsas vəzifəsini açıqladı
İran Prezidenti Məsud Pezeşkian regional diplomatiyanın yalnız görüşlərin keçirilməsi ilə məhdudlaşmamalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, İran Prezidenti regional əməkdaşlığın gücləndirilməsi və böhranların diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.
Pezeşkianın sözlərinə görə, regional diplomatiya böhranların idarə olunması, dialoqun davam etdirilməsi, gərginliyin artmasının qarşısının alınması və praktiki əməkdaşlığın inkişafı üçün real vasitə olmalıdır.
İran lideri regional diplomatiyanın konkret nəticələrə yönəlməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Prezident bu fikirləri oktyabrın 9-da sosial şəbəkəsindəki paylaşımında ifadə edib.
15:35 10.10.2026
Oxunuş sayı: 62