Çin Hindistana tətbiq olunan rüsumlardan sonra Rusiya neftini daha ucuz alır

ABŞ-ın Hindistana qarşı tətbiq etdiyi yeni ticarət rüsumlarından sonra Çin Rusiya neftini daha sərfəli qiymətlərlə almağa başlayıb.
Crossmedia.az xəbər verir ki, Avqust ayında Çinin neft emalı zavodları Rusiya istehsalı olan "Urals" markalı neftin alışını artırıblar. Onlar bu fürsətdən yararlanaraq Hindistanın imtina etdiyi güzəştli partiyaları əldə ediblər. Belə ki, Vaşinqton məhz Hindistanın Rusiya nefti almasına görə ona qarşı ticarət rüsumlarını artırıb.
Bənövşə Zahidli
11:51 19.08.2025
Oxunuş sayı: 633