İran və Ermənistan arasında on memorandum imzalanacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında on qarşılıqlı anlaşma memorandumu imzalanması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Hazırda tərəflər arasında ikitərəfli danışıqlar İrəvanda, hökumət iqamətgahında keçirilir. Görüşün yekununda geniştərkibli müzakirələrin aparılması və birgə brifinqin təşkili nəzərdə tutulur.
Danışıqların gündəliyinə ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyət daxildir.
Xumar Emilqızı
11:40 19.08.2025
Oxunuş sayı: 621