Uralda Ermənistanın konsulluğu bağlandı

Ural bölgəsində Ermənistanın konsulluğu fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.
Konsulluğun bağlanmasına səbəb Yekaterinburqda Ermənistanın fəxri konsulu Narek Spartakyanın vəzifədən azad edilməsi olub. O, yerli erməni kilsəsini dəstəklədiyi üçün vəzifəsindən kənarlaşdırılıb.
“Əziz vətəndaşlar, Yekaterinburqda Ermənistanın fəxri konsulu Narek Spartakyanın statusunun dayandırılması ilə əlaqədar olaraq, konsulluğun fəaliyyəti də rəsmi şəkildə başa çatdırılır”, – məlumatda qeyd olunub.
Xumar Emilqızı
11:38 19.08.2025
Oxunuş sayı: 559