Ukrayna Azərbaycandan qaz idxalını davam etdirəcək

Ukraynanın energetika naziri Svetlana Qrinçuk bildirib ki, Azərbaycandan Ukraynaya qaz tədarükü üzrə sınaq layihəsi başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Hazırda danışıqlar aparırıq. Azərbaycan bu məsələyə maraqlıdır. Əgər müqavilə imzalansa, tədarükləri 2025-ci ildə də davam etdirəcəyik”, — nazir əlavə edib.
O, həmçinin qeyd edib ki, son vaxtlar Rusiya qoşunlarının qaz infrastrukturasına hücumlarını artırması idxal əməliyyatları üçün hərbi risklər yaradır.
Fatimə Məmmədova
16:35 18.08.2025
Oxunuş sayı: 765