Rusiya SOCAR-ın obyektlərini vurmaqla əslində nə demək isətyir? - Deputat açıqladı

"Artıq ikinci dəfədir ki, Ukraynada Azərbaycana məxsus neft və qaz obyektləri hücuma məruz qalır. Bu isə o deməkdir ki, bu xüsusi məqsədlə edilir və təsadüfi hadisə deyil. Rusiya hərbi qüvvələri dəqiq bilirlər ki, həmin obyektlər Azərbaycana məxsusdur və görünür ki, bununla Azərbaycana mesaj verməyə çalışırlar. Yəni, demək istəyirlər ki, bizim müharibə apardığımız ölkə ilə iqtisadi əlaqələriniz bizə qarşıdır".
Bu sözləri Rusiyanın SOCAR-ın Ukraynada yerləşən obyektlərini vurması barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, heç də bütün məsələ bundan ibarət deyil: "Hesab olunur ki, Bakı Moskva üçün bərabərhüquqlu tərəfdaş deyil və Rusiya Azərbaycana qarşı istənilən hərəkəti edə bilər: öz hava məkanında Azərbaycan təyyarəsini vura bilər və bütün bunların qarşısında Azərbaycan susmalıdır. Belə məntiqdən yanaşanda bu, artıq iki qonşu bərabərhüquqlu tərəfdaşın münasibəti deyil, imperialist baxışın məntiqidir. Yəni, Rusiya bu gün də Azərbaycana münasibətdə bir imperiya kimi davranır, onun müstəqil iradəsini və regionda yaranmış yeni reallığı da qəbul etmir.Regionda yaranmış yeni reallıq isə Azərbaycanın verdiyi qətiyyətli hərbi-siyasi qərarların nəticəsidir. Uzaq Rusiya bu hərəkəti ilə həm də onu dərk edir ki, 2022-ci il fevralın 22-də Rusiya ilə Azərbaycan bərabərhüquqlu tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. Deməli, Rusiya həm də qonşuluq prinsiplərini pozmaqla yanaşı, öz üzərinə götürdüyü hüquqi öhdəliyi də pozur. Bu isə nəticə etibarilə Rusiyanın maraqları naminə Azərbaycanın maraqlarının tapdanması deməkdir. Rusiya həm də bu hərəkəti ilə göstərməyə çalışır ki, hələ də postsovet məkanında jandarm funksiyasını öz üzərinə götürüb və bu funksiyanı davam etdirir".
Mehriban Yariyeva
16:28 18.08.2025
Oxunuş sayı: 4393