Neft-qaz sektoruna bu il 2,7 mlrd. manatdan artıq vəsait yönəldilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 2 734,4 mln. manat həcmində vəsait yönəldilib.
Bu barədə Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin müvafiq dörünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 18,4% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 738,7 mln. manat həcmində vəsait yönəldilib. 2023-cü ilin göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,4% azalıb.
12:10 16.08.2025
Oxunuş sayı: 702