Lukaşenko Trampı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına görə təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunmasında göstərdiyi uğurlu fəaliyyət münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
Onun sözlərinə görə, dövlət başçıları telefon danışığı zamanı həmçinin İran və Yaxın Şərq mövzularını müzakirə ediblər. Lukaşenko bu məsələlərdə də irəliləyiş olacağına inandığını bildirib.
Fatimə Məmmədova
21:08 15.08.2025
Oxunuş sayı: 909