Azərbaycanda süd və süd məhsullarının adambaşına istehlakı azalıb

2024-cü ildə Azərbaycanda adambaşına ən çox istehlak edilən qida süd və süd məhsulları olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsininin açıqladığı "Ev təsərrüfatları tədqiqatlarının yekunları" adlı məcmudə bildirilir.
Sənədə əsasən, ötən il ölkədə adambaşına 244,9 kiloqram süd və süd məhsulları istehlak edilib ki, bu da əvvəlki illə müqayisədə 1,5 % azdır.
Əvəzində adambaşına yumurta istehlakı 0,6 % artaraq 163 ədəd olub.
İl ərzində çörək və çörək məhsullarının adambaşına istehlakı isə 131,5 kiloqram təşkil edib. Bu da illik müqayisədə 1,3 % azdır.
Hesabat dövründə ət və ət məhsulllarının adambaşına istehlakı isə 0,6 % artaraq 36,1 kiloqram olub.
Ən az istifadə edilən qida məhsulu isə balıq və balıq məhsulları olub. İl ərzində hər bir şəxs bu qida məhsulundan 7,8 kiloqram qəbul edib. 2023-cü illə müqayisədə bu rəqəm dəyişməyib.
11:11 14.08.2025
Oxunuş sayı: 645