"bp" 2025-ci ilin birinci yarısında AÇG blokunun istehsal həcmini açıqlayıb

2025-ci ilin birinci yarısında Azərbaycanda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda orta gündəlik hasilat təqribən 327 min barel/gün təşkil edib.
Crossmedia.az xəbər verir ki, "bp" şirkəti bu barədə məlumat yayıb.
2024-cü ilin eyni dövründə isə bu rəqəm
sutkada 336 min barel olub.
Beləliklə, AÇG-də hasilat illik göstəricisi üzrə 2,7%
azalıb.
"AÇG 2025-ci ilin birinci yarısında təhlükəsiz və sabit
hasilatı davam etdirib. Ümumi hasilat orta hesabla sutkada təxminən 327 min
barel olub — bu isə təxminən 59 milyon barel və ya 8 milyon ton deməkdir.
Platformalar aşağıdakı göstəriciləri təmin edib: Çıraq - 21 000 barel, Mərkəzi
Azəri - 86 000 barel, Qərbi Azəri - 75 000 barel, Şərqi Azəri - 42 000 barel, dərinsulu
Günəşli - 54 000 barel, Qərbi Çıraq - 24 000 barel, 24 000 barel". - deyə
şirkətin açıqlamasında bildirilib.
Qeyd edək ki, Hasilatın Pay Bölgüsü Müqaviləsi tərəfləri
adından AÇG blokunun operatoru qismində "BP Exploration (Caspian Sea)
Limited" şirkəti çıxış edir.
Layihədə paylar aşağıdakı kimi bölüşdürülüb: bp – 30,37%,
SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%,
ITOCHU – 3,65%, ONGC Videsh - 292%.
22:42 13.08.2025
Oxunuş sayı: 1348