Rubio və Lavrov Alyaska Sammitinə hazırlığı müzakirə edib

ABŞ Dövlət Katibi Marko Rubio Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefon danışığı apararaq iki ölkə liderlərinin Alyaskada keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus sosial şəbəkədə məlumat verib.
Crossmedia.az xəbər verir ki, görüş zamanı hər iki tərəfin sammitin uğurla keçirilməsinə sadiqliklərini təsdiqləməsi barədə Bryus bildirib.
“Dövlət Katibi Marko Rubio Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefon danışığı apararaq Prezident Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan sammitin hazırlıqlarını müzakirə edib”, – deyə Bryus açıqlamasında vurğulayıb.
Nicat Rüstəmzadə
19:28 13.08.2025
Oxunuş sayı: 885