Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 46 % artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 118,4 milyon manat vəsait yönəldilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət
Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,9
% çoxdur.
7 ay ərzində investisiya qoyuluşunun 88,2 milyon manatı və
yaxud 74,5 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ
nisbətən 35,2 % çoxdur.
18:07 13.08.2025
Oxunuş sayı: 528