Rusiya Paşinyana qarşı addım atmağı planlaşdırmır

Rusiya Vaşinqton razılaşmasından sonra Ermənistan baş naziri Nikol Paşinyana qarşı hər hansı addım atmağı planlaşdırmır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya rəsmiləri erməni tərəfinə bildirib ki, baş verənlər əgər erməni xalqını qane edirsə, Moskva müdaxilə etməyəcək. Hazırda Rusiya vəziyyətin Ukrayna cəbhəsində necə inkişaf edəcəyini izləyərək, gözləmə mövqeyi tutur.
Rusiya hakimiyyəti Vaşinqton razılaşmasının reallaşmasını “az ehtimal olunan” hesab edir. Bunun səbəbi çoxsaylı “gizli məqamlar”dır. Eyni zamanda, Moskva sərt addımlar atmaq üçün vaxtın yetərli olmadığını düşünür.
Pərvin Hacıyeva
18:00 13.08.2025
Oxunuş sayı: 1126