Tramp: "Gömrük rüsumları ABŞ-a trilyonlarla dollar qazandırır, inflyasiyaya təsir etmir"

ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, gömrük rüsumları ölkəyə trilyonlarla dollar gətirib və bu, fond bazarı, ümumi rifah və digər sahələr üçün misilsiz uğur olub. Onun sözlərinə görə, sübut olunub ki, rüsumlar inflyasiyaya və digər problemlərə səbəb olmayıb, əksinə, ABŞ Xəzinədarlığına böyük məbləğdə vəsait daxil olmasına yol açıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp vurğulayıb ki, rüsumları əsasən istehlakçılar deyil, şirkətlər və hökumətlər, onların da çoxu xarici olmaqla, ödəyirlər.
O, Goldman Sachs rəhbəri Devid Solomon və şirkəti gömrük rüsumlarının müsbət təsirlərini qəbul etməməkdə və səhv proqnozlar verməkdə ittiham edib. Trampın sözlərinə görə, Solomon bazar nəticələrini düzgün qiymətləndirməyib və bir çox məsələlərdə yanılıb.
Tramp həmçinin Solomonun “bəlkə də yeni iqtisadçı tapmalı” və ya “DJ karyerasına diqqət yetirməli” olduğunu bildirib.
Pərvin Hacıyeva
10:56 13.08.2025
Oxunuş sayı: 899