Əli Laricani İraq və Livana səfər edəcək

İran Ali Liderinin müşaviri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İraq və Livana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, səfərin məqsədi İraqla təhlükəsizlik sazişi imzalamaq və Tehranın Xalq Səfərbərlik Qüvvələri (PMF) ilə digər silahlı qrupların ləğvinə qarşı mövqeyini rəsmilərə çatdırmaqdır.
Laricani İraqdan sonra Hizbullahın silahlıları ilə bağlı artan gərginlik fonunda Livanın paytaxtı Beyruta gedəcək.
13:37 12.08.2025
Oxunuş sayı: 952