Faktiki hava açıqlanıb


Faktiki hava açıqlanıb.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına
əsasən xəbər verir ki, avqustun 12-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin
əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan
xarakterli olub, şimşək çaxıb.
Dünşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda
8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, Şəki
(Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir,
Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə,
Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm təşkil edib.
Avqustun 11-də bəzi yerlərdə şərq küləyi əsib. Küləyin
maksimal sürəti Culfada 21, Tərtərdə 18 m/s-dək güclənib.
09:45 12.08.2025
Oxunuş sayı: 734