Türkiyə-Ermənistan sərhədinin açılması üçün konkret tarix yoxdur

Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı hər hansı konkret tarix müəyyənləşdirilməyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Prezidenti bildirib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi, Bakı və İrəvan arasındakı sülh prosesi ilə paralel aparılacaq.
“Bu istiqamətdə müsbət addımlar görürük. İki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region fayda götürəcək”, — deyə Türkiyənin diplomatik mənbəsi açıqlayıb.
Pərvin Hacıyeva
13:37 11.08.2025
Oxunuş sayı: 387