Ararat Mirzoyan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

Vaşinqton danışıqlarından sonra İrəvana gələn Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Zvartnots” hava limanında jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Crossmedia.az xəbər verir ki, “News.am”ın müxbiri Mirzoyana sual verib ki, niyə Azərbaycan Zəngəzurdan maneəsiz şəkildə Naxçıvana yol əldə edir, amma Ermənistan üçün “maneəsiz” sözü tətbiq olunmur?
Ararat Mirzoyan isə heç bir suala cavab vermək istəməyib, əvəzində əsəbi şəkildə “Yox, erməni dilini başa düşmürsünüz?” deyərək, avtomobilə minib və tez bir zamanda ərazidən uzaqlaşıb.
12:22 11.08.2025
Oxunuş sayı: 675