"Ərazi mübadiləsi" olacaq, - senator Lindsi Graham

Ukrayna bütün rusları qovmayacaq, Rusiya da Kiyevə girməyəcək. "Ərazi mübadiləsi" olacaq, - senator Lindsi Graham
“Mən sizinlə səmimi olmaq istəyirəm: Ukrayna hər rusu qovmayacaq, Rusiya isə Kiyevə getməyəcək, buna görə də nəhayət müəyyən ərazi mübadilələri olacaq”, - respublikaçı senator Lindsi Qrem deyib.
Crossmedia.az xəbər verir ki, o qeyd edib ki, istənilən ərazi “mübadilələri” yalnız “Rusiya tərəfindən bunun təkrarlanmaması üçün Ukraynaya təhlükəsizlik zəmanəti verildikdən sonra” baş verə bilər.
2014-cü ildə Krımın ilhaqını və 2022-ci ildə Rusiya Federasiyasının genişmiqyaslı işğalını xatırladan senator, "Biz Putinə bunu üçüncü dəfə etsə nə olacağını söyləməliyik" o, deyib.
12:15 11.08.2025
Oxunuş sayı: 630