İsrail "Al Jazeera"-nin 4 jurnalistini öldürdü

"Al Jazeera " telekanalının Qəzzadakı müxbiri Ənəs əl-Şərif İsrailin Qəzza şəhərinin Şifa xəstəxanasında jurnalistlərin çadırına endirdiyi zərbə nəticəsində həlak olub.
Crossmedia.az xəbər verir ki, "Al Jazeera" açıqlamasında bildirib:
"Müxbirlərimizin İsrail işğalçı qüvvələri tərəfindən öldürülməsi mətbuat azadlığına qarşı yeni açıq-aşkar və düşünülmüş hücumdur. Müxbirlərimiz Ənəs Əl-Şərif və Məhəmməd Qraiqeh və fotoqraflar İbrahim Zaher və Məhəmməd Nufəlin qəsdən öldürülməsini pisləyirik".
11:54 11.08.2025
Oxunuş sayı: 702