Pezeşkian: “Hicab məsələsi zorla həll oluna bilməz”

İran prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zorla həll etmək mümkün deyil.
Crossmedia.az-ın məlumatına görə, Pezeşkian vurğulayıb ki, o, hicaba inanır, ancaq qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğru deyil. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həllini tapmalıdır.
Prezident əlavə edib ki, məscidlər mədəniyyət formalaşdırmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə tənzimlənməlidir.
11:20 11.08.2025
Oxunuş sayı: 658