Xameneyi yenə hədələyir

İranın ali rəhbəri Əli Xameneyinin birbaşa nəzarəti altında fəaliyyət göstərən “Keyhan” qəzeti Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizinin açılmasına dair ABŞ-də əldə olunan razılaşmanı “böyük xəyanət” adlandırıb və xəbərdarlıq edib ki, bu məsələ İslam Respublikası tərəfindən cavabsız qalmamalıdır".
Crossmedia.az xəbər verir ki, qəzet yazır: “İran onlarla mübarizə aparmaq üçün əlində olan rıçaqlardan istifadə etməlidir və ilk addım olaraq Cenevrə və Yamayka konvensiyalarına istinad edərək ABŞ və İsrailə bağlı gəmilərin Hörmüz boğazından keçməsinə sanksiya qoya bilər”.
12:14 10.08.2025
Oxunuş sayı: 1154