Gözlənilməz plan Volodimir Zelenski və Avropa liderlərini şoka salıb

Gözlənilməz plan Volodimir Zelenski və Avropa liderlərini şoka salıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmerlə söhbətindən sonra Zelenski bunu “hər şeyi mümkünsüzün müzakirəsinə endirmək planı” adlandırıb və Ukraynanın öz torpaqlarını heç kimə verməyəcəyini deyib.
Digər yüksək rütbəli avropalı məmur bildirib ki, Tramp və Putinin Alyaskada əldə etdiyi hər hansı razılaşma Avropa liderlərinin iştirakı olmadan heç bir əhəmiyyət kəsb etməyəcək.
Bəzi Avropa rəsmiləri bildiriblər ki, Ukrayna bütün Donetskdən imtina etsə, Rusiya cənubda Zaporojya və Xersonun işğal olunmuş hissələrindən çəkilməli olacaq. Əksər hərbi analitiklər hesab edir ki, ötən ilin əvvəlindən Pokrovsk və Çasov Yar uğrunda döyüşən Rusiya ordusu çətin ki, Donetsk vilayətinin şimalındakı Slavyansk və Kramatorsk güclü istehkamlı aqlomerasiyalarını tezliklə ələ keçirsin.
Üç avropalı rəsminin fikrincə, yüz minlərlə Ukrayna vətəndaşının yaşadığı bu strateji ərazinin atəşkəs müqabilində təhvil verilməsi Putinin heç bir təklif verməməsi müqabilində gözlənilməz fayda əldə etməsi demək olardı. Putin bir güllə atmadan bu cür strateji şəhərləri ələ keçirə bilər.
09:39 10.08.2025
Oxunuş sayı: 1180