Vitkoff: "Putin Rusiyanın bu regiondakı hazırkı mövqelərini dondurmağa razılaşıb"

Vitkoff yüksək vəzifəli Ukrayna və Avropa rəsmiləri ilə videokonfransda deyib ki, Putin Rusiyanın bu regionlardakı hazırkı mövqelərini dondurmağa razılaşıb.
Crossmedia.az "Axious" nəşrinə istinadən xəbər verir ki, hər iki regionun böyük hissəsi, o cümlədən strateji əhəmiyyətli Zaporojya Atom Elektrik Stansiyası Rusiyanın işğalı altında qalacaq.
Ukrayna rəsmiləri Rusiyanın təklifinin təfərrüatları və ABŞ-ın mövqeyi ilə bağlı çaşqınlıq içində olduqlarını bildiriblər.
Ukraynalı bir məmur həmçinin çıxışına bildirib ki, Zelenski Putinin tələbləri ilə razılaşsa belə, referendum keçirməli olacaq, çünki Ukrayna konstitusiyası ərazinin verilməsinə icazə vermir.
09:15 10.08.2025
Oxunuş sayı: 1253