Rubio: “Bakı və İrəvan sülhə doğru ilk addımı atır”

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan sənəd iki ölkə arasında sülh müqaviləsinin əsasını təşkil edəcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Rubio qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sülhün bərqərar olunmasını dəstəkləyir və bu prosesdə sülhpərvər mövqeyini qoruyacaq: "Biz Hindistan və Pakistan arasında baş verən münaqişəyə müdaxilə etdik və dövlət başçımız orada sülhün bərpasına nail oldu. Yaxın zamanda Kamboca ilə Tailand arasında da oxşar hadisə yaşandı. Ümid edirik ki, eyni uğura Azərbaycan və Ermənistan məsələsində də çatacağıq. İmzalanacaq sənəd əslində sülh müqaviləsinin başlanğıcı olacaq".
Rubionun bu açıqlaması Bakı ilə İrəvan arasında sülh prosesinin növbəti mərhələyə keçdiyini göstərən siqnal kimi qiymətləndirilir.
Pərvin Hacıyeva
12:04 08.08.2025
Oxunuş sayı: 980